QƏRBİ AZƏRBAYCANIN QAYIDIŞI TƏLƏBİ: “Ermənistan konstitusiyası dəyişilməlidir”

media-hightechnic-468x90

“Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsində paralel siyasət yürütməsi yalnışdır.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-mehemmedesedullazade1

Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycanla bağlı fikirlərinə etiraz edib:

“Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin qayıtması ilə bağlı aydın və konkret mövqe ortaya qoyub. Təbii ki, Qarabağ ermənilərinin Qarabağa qayıdışını növbəti dəfə Ermənistanın müharibəyə hazırlığı və Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirmək lazımdır. Təbii ki, bu, obyektiv yanaşmadır. Bununla da o, Qərbi Azərbaycan mövzusunu da bağlamaq istəyir. Qərbi Azərbaycan mövzusu azərbaycanlıların haqlı mövqeyidir. Biz burada Ermənistana qarşı hər hansı bir ərazi iddiası irəli sürmürük. Sadəcə olaraq biz deyirik ki, azərbaycanlılar öz doğma yurdlarına qayıtmalı, Ermənistanın konstitusiyası dəyişilməlidir. Buna baxmayaraq Qarabağ erməniləri deyir ki, biz Azərbaycanın qanunvericiliyindən kənar, müstəqil şəkildə yaşamaq istəyirik.”

M. Əsədullazadə qərbi azərbaycanlıların Ermənistana qayıtmasının, Paşinyanın qeyd etdiyi kimi, heç də Ermənistanın suverenliyinə təhdid olmadığını diqqətə çatdırıb:

“Bu isə qəbuledilməzdir. Nikol Paşinyanın bu məsələdə paralellər aparması yalnışdır. Ermənilərin Qarabağa qayıdışı ərazi bütövlüyünün pozulmasıdır, lakin qərbi azərbaycanlıların Ermənistana qayıdışında nə suverenlik, nə də ərazi bütövlüyü təhdid edilmir. Nikol Paşinyan isə sadəcə olaraq bunu elə bir müstəvidə təqdim edir ki, sanki Azərbaycan Ermənistana hər hansı ərazi iddiası irəli sürür. Halbuki, Azərbaycan qeyd edir ki, bizim qərbi azərbaycanlılarımız Ermənistanla qardaşlıq çərçivəsində yaşamağa hazırdır.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa