Naqif Həmzəyev: “Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi memarlığının başlanğıcıdır”

media-hightechnic-468x90

“Heydər Əliyev həyatını təhlükəyə qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində Azərbaycana qayıdışından yazıb:

“1993-cü il iyunun 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək ölkənin idarəçiliyini öz üzərinə götürdü. 1997-ci ildə isə Milli Məclis bu tarixi günü rəsmi bayram – Milli Qurtuluş Günü elan etdi. Heydər Əliyev 1987-ci ildə sovet iqtidarından ayrılandan sonra Azərbaycanda vəziyyət sürətlə pisləşdi. Ermənistan silahlı qüvvələrinin Qarabağda işğalçılıq siyasəti genişlənir, AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni dərin böhrana sürükləyirdi. 1993-cü ilə qədər dövlət əmlakı açıq-aşkar talan edilirdi, qanunsuz silahlı dəstələr ölkənin müxtəlif bölgələrini idarəsizliyə sürükləyirdi, Kəlbəcər işğal edilmişdi, Vətəndaş müharibəsi təhlükəsi real idi.
Ölkə beynəlxalq təcrid vəziyyətinə düşmüşdü.
Prezident ölkədəki real vəziyyətdən bixəbər, hakimiyyət daxilindəki qruplaşmalar isə birincilik uğrunda bir-birinə qarşı mübarizə aparırdı. Azərbaycan dövlət kimi məhv olmaq təhlükəsinin astanasında dayanmışdı.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. O, yalnız hakimiyyət kürsüsünə oturmadı – həyatını təhlükəyə qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev tarix qarşısındakı məsuliyyətini tam dərk edərək dedi:
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.”‘

N. Həmzəyev Heydər Əliyevin ölkəyə qayıtdıqdan sonra gördüyü işlərdən bəhs edib:

“Hakimiyyətə qayıdandan sonra Ulu Öndər bir sıra tarixi addımlar atdı:
Asayiş bərqərar edildi, soyğunçuluğa və əmlak qəsbləriyə son qoyuldu;
Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi;
“Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin təməli qoyuldu;
Konstitusiya qəbul edildi, çoxpartiyalı siyasi sistem formalaşdı;
Beynəlxalq inteqrasiya prosesi başlandı, ölkə dünya birliyinə qoşuldu;
Vətəndaşlara öz dövlətinə inam qaytarıldı.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O, Şuşa, Laçın, Ağdam, Kəlbəcər haqqında deyirdi: “Biz onlarsız yaşaya bilmərik.”
Bu arzu 2020-ci il Vətən müharibəsindəki möhtəşəm Zəfərlə gerçəkləşdi. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Bu gün üçrəngli Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə əzəmətlə dalğalanır.”

Deputat qeyd edib ki, bu əlamətdar gün sadəcə H. Əliyevin Azərbaycana qayıdış tarixi deyil, həm də Azərbaycanın qurtuluşudur:

“Milli Qurtuluş Günü təkcə tarixi bir tarix deyil – bu, xalqın öz xilaskarını tapdığı, dövlətin yenidən qurulduğu, müstəqilliyin möhkəmləndirildiyi simvolik bir dönüş nöqtəsidir. Prezident İlham Əliyevin dediyi kimi:
“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun işığında irəliyə doğru inamla addımlayır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05