!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Ermənistan PLANI: Etiraz aksiyaları nələrə səbəb olacaq?

!Reklam – Yazi

“Qərb Ermənistan hakimiyyətinə həm informasiya ötürür, həm də təhlükəsizlik məsələləri ilə bağlı məsləhətlər verir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən proseslər və bunun sonunun necə gözlənildiyini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, mitinqlər heç bir nəticə verməyəcək.

“Mitinqlərin sonu gəlib çatır. Etiraz mitinqi yüksəliş dövrünü yox, eniş dövrünü yaşayır. Etirazçılar bunu bildiyi üçün son həmləni daha güclü etmək istəyirlər ki, nəyəsə nail ola bilsinlər. Baqrat Qalstyanın çıxışlarına baxanda görürük ki, onu əvəz edəcək lider yoxdur. Ona görə də, dini xidmətindən imtina etdiyini açıqladı. Bu hətta onu onu göstərir ki, lider tapılması və ortada olduğu üçün özünü irəli sürdü. Bu isə effekt verməyəcək”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, etiraz edən adamlar da bilirlər ki, aksiyaların perspektivi yoxdur:

“Müəyyən maddiyyat daxilində Qarabağdan olan ermənilər də etirazçılara qoşulub, müəyyən bir iş görmək istəyirlər. Etiraz mitinqinin dinc forması effekt vermir. Ona görə də, tabesizlik yolunu seçirlər.

Hesab edirəm ki, mitinq bir neçə gün davam edə bilər və sonda yekunlaşacaq. Onlar Paşinyan hakimiyyətini devirə bilməyəcəklər”.

Səxavət Məmməd

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv