!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Münxendəki REVERANS ZONASI: “Qalib dövlətin liderinə xüsusi münasibətin göstərilməsi...”

!Reklam – Yazi

“İlham Əliyevə göstətilən bu sayğı Qərbin Azərbaycana qarşı təzyiqlərinin əsassız olmasının özünəməxsus etirafıdır”.

Bu fikirləri Münxen Təhlükəsizlik Konfransında iştirak edən dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycan prezidenti İlham Əliyevə xüsusi münasibətini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya liderlərinin Azərbaycan prezidentinə yönəlik xüsusi diqqəti Qərbin ölkəmizə qarşı təzyiqlərinin əsassız olduğunu təsdiqləyən çox ciddi göstəricidir:

“Azərbaycan prezidentinin Münxen konfransında xüsusi diqqət mərkəzində olması heç də təsadüfi və ya diplomatik etiket nümunəsi sayıla bilməz. Əminliklə deməliyik ki, dünya dövlətləri arasında münasibətlər necə olursa-olsun, qalib və qətiyyətli ölkəyə, o cümlədən, onun liderinə münasibət hər zaman birmənalıdır.

O baxımdan, prezident İlham Əliyevin Münxendə çoxsaylı dövlət və hökumət başçıları arasında böyük fərqlə ön plana çıxması sıradan hadisə deyil. Azərbaycan liderinə münasibətdə bu qədər sayğı ilə yanaşılması ilk növbədə dövlətin və onun liderinin qalib statusunu daşımasıdır. Bütün hallarda Azərbaycanın qalib dövlət, İlham Əliyevin isə qalib prezident olması bu münasibəti şərtləndirir.

Digər dövlətlərin prezident və baş nazirlərinin İlham Əliyevlə görüşmək üçün az qala növbəyə dayanmaları həm də çox mühüm etiraf kimi qiymətləndirilə bilər. Yəni İlham Əliyevə göstətilən bu sayğı Qərbin Azərbaycana qarşı təzyiqlərinin əsassız olmasının özünəməxsus etirafıdır. Hər halda ümid etmək olar ki, Azərbaycanı hədəfə almağa çalışan məlum dövlətlər bundan sonra yanaşmalarına ciddi korrektə edərək, Bakı ilə qarşıdurmanın deyil, əməkdaşlığın daha faydalı olacağını nəhayət başa düşəcəklər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv