!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin sülh təşəbbüsü: "Bu, təxribatçı qüvvələrin əl-qolunu bağlayacaq" - MÖVQE

!Reklam – Yazi

“Moskvadan Qafqazı xilas etmək Avropa institutlarının vəzifələrindən biridir”.

Bunu Ermənistanla Azərbaycan arasında qısa müddətdə sülh sazişinin imzalanması və dilimitasiya işlərinin sürətli həyata keçirilməsi ehtimalını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, sülh sazişi imzalanmayana qədər hər şey kövrək olacaq:

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və ona əsasən də beynəlxalq qurumlardan dəstək verilməsi hesab edirəm ki, Azərbaycanın milli maraqlarına uyğundur və Qafqazın gələcəyi üçün çox ciddi addım olar. Qafqazı tormozlayan Rusiyanın hazırladığı və bölgədə destruktiv olan erməni məsələsidir. Azərbaycana əsassız iddialar, terrorlar, minalamalar, içəridə olan casus şəbəkəsi və zaman-zaman həmin şəbəkənin Azərbaycanın üzərinə salınması Moskvadan idarə olunur.

Sülh sazişi imzalanmamış hər şey kövrəkdir, deyilən şey yalan ola bilər və ya onu yalana çevirə bilərlər. Ona görə də Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar, atəşkəsin pozulması, ərazilərimizin minalanması, Rusiyanın casus şəbəkəsindən olan milyarderin Qarabağa yerləşdirilməsi, onun xüsusi himayə olunması, Qərbə üzünü tutmaq istəyən Paşinyanın hakimiyyətdən devrilmə cəhdləri Moskvanın layihələridir. Ona görə də Qərb institutlarının təşəbbüsünü Türkiyə və Azərbaycan dəstəkləməlidir və dəstəkləyir. Bununla bölgəni Rusiyanın casasu şəbəkəsindən və təxribatlardan azad edirik. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanırsa, faktiki olaraq bölgədə təxribat törətmək istəyən qüvvələrin əl-qolunu bağlayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv