!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin təyyarə qəzası ilə bağlı MANİPULYASİYASI: “Səbir öz nəticəsini verdi”

!Reklam – Yazi

“Hadisə baş verən ilk gündən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yetərincə təmkinli, ağıllı, uzaqgörən münasibət sərgilədi”.

Bunu Yenicag.az-a açıqlamasında Qərbin təyyarə qəzasından istifadə edərək Rusiya və Azərbaycan münasibətlərini gərginləşdirmək cəhdlərindən danışan siyasi şərhçi Azər Həsrət deyib.

 

Onun sözlərinə görə, hər zaman hansısa hadisə baş verdikdə üçüncü tərəflər mütləq hərəkətə keçir:

“Azərbaycanı və onunla yaxın dövlətləri küncə sıxışdırmağa çalışırlar. Ona görə də elə hadisə baş verən ilk gündən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yetərincə təmkinli, ağıllı, uzaqgörən münasibət sərgilədi, eyni zamanda, səbirlə hadisələrin inkişafını nəzarətdə saxladı. Bu, üçüncü tərəflərin hadisədən sui-istifadə etməməsinə hesablanmışdı. Dünən bu səbir öz nəticəsini verdi və Rusiya prezidenti Vladimir Putin şəxsi təşəbbüsü ilə Əliyevə zəng etdi. Üzrxahlığını bildirərək araşdırma aparılması haqqında məlumat verdi. Bu, o deməkdir ki, Rusiya günahını boynuna aldı. Təbii olaraq lazımi addımları da atacaq”.

“Üçüncü tərəflər Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirə biləcəklərini düşünürdürlər. Fürsəti əldən vermək istəmirdilər. Azərbaycan prezidenti isə bu gərginlik üçün səbəblər vermədi. Nəticədə Rusiya anladı ki, gərginlik yaradılarsa, hər şeydən öncə öz zərərinə olacaq. Vəziyyətdən belə çıxmaq bir daha dünyaya dərs olmalıdır. Yəni Azərbaycan ümumilikdə heç bir dövlətlə gərginliyə meyl etmir. Hamı birmənalı qəbullanmalıdır, bizim məqsədimiz yalnız və yalnız hamı ilə dinc şəraitdə yaşamaqdır. Bunun üçün də dövlətimiz əlindən gələni edir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv