!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərblə Rusiya arasında var-gəl edən ERMƏNİSTAN: "Pelosinin İrəvanda onlara dəstək verməsi..."

!Reklam – Yazi

“Kimsə düşünürsə ki, Rusiya Ermənistanın başını əzməyə hazırlaşır, bu, yanlışdır. Sadəcə Rusiyaya daha ələbaxımlı bir iqtidar sərf edir”.

Bunu Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması və bir Azərbaycan əsgərinin yaralanması ilə nəticələnən təxribatların səbəblərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.Tərlan Eyvazov bildirib ki, Ermənistan havadarlarından aldığı dəstəklərdən ürəklənməyə başlayıb:

“Aydın məsələdir ki, Azərbaycan ordusu yüksəklikləri götürüb və ermənilərin xasiyyətini bildiyimizdən onların həmin yüksəklikləri yenidən geri qaytarmaq üçün dayanmayacağını gözləməliyik. Erməni tərəfi heç vaxt itirdiyi mövqeləri sakit şəkildə qəbullanmır. Düşünürlər ki, ermənilər qorxaqdılar, bu, yalandır, ümumiyyətlə, düşmən hesab etdiyin tərəfi qiymətləndirmək lazımdır.

Erməni itirdiyi mövqeləri geri qaytarmaq üçün təxribatlara, həmlələrə əl atacaq və Azərbaycan tərəfi bunu daim gözləməlidir.

Digər tərəfdən, Qərbin dəstəyini alırlar. Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası satır. Bu, 245 milyon dollar dəyərindədir. Bundan əlavə, ABŞ-nin də Ermənistana silah satacağı barədə informasiyalar yayılır. Bunlar erməni tərəfini ruhlandırır. Bundan başqa, Rusiya belə bir vəziyyətdə Ermənistanı itirmək istəməyəcək. Özü də Ermənistana müəyyən güzəştlər edəcək ki, onu itirməsin. Kimsə düşünürsə ki, Rusiya Ermənistanın başını əzməyə hazırlaşır, bu, yanlışdır. Sadəcə Rusiyaya daha ələbaxımlı bir iqtidar sərf edir. Görünən budur ki, neçə ildir Rusiya buna nail ola bilməyib. Bundan sonra da çətin nail ola. Çünki Nensi Pelosinin İrəvana gəlib onlara dəstək verməsi də qarşı tərəfi cəsarətləndirir.

Ermənistan tərəfi bütün dünyaya Azərbaycanı aqressiv ölkə kimi tanıdır. Çox təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsindən fərqli olaraq, bizim informasiya cəbhəmiz və diplomatiya sahəmiz buna hazır olmadı. Erməni tərəfinin informasiya maşını isə durmadan işləyir”.

Səxavət Məmməd

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv