Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak oldu - YENİLƏNDİ

media-hightechnic-468x90

Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb”, – bəyanatda deyilir.

Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin “Aselsan” şirkətinin əməkdaşları həlak olub.

Qurumdan vurğulanıb ki, Türkiyə və Qətər arasında hərbi əməkdaşlıq qüvvədə olan razılaşmalar çərçivəsində davam edir.

Qeyd olunur ki, qəzanın dəqiq səbəbləri Qətər tərəfindən aparılan istintaqın yekunlarına əsasən müəyyən ediləcək./Report/

***09:23

Qətər Silahlı Qüvvələrinin hərbi helikopteri qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzaya texniki nasazlığı səbəb olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub”, – qurumun rəsmi bəyanatında qeyd olunub.

Dəqiqləşdirilib ki, hazırda ekipaj üzvlərinin və helikopterin göyərtəsində olan sərnişinlərin tapılması üçün axtarış-xilasetmə tədbirləri həyata keçirilir/Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05