“Qətli törədən şəxslə bağlı bir sıra suallar yaranır” – Politoloq

media-hightechnic-468x90

russefiriqetl“Rus səfirinə qarşı törədilən sui-qəsd düşündürücü bir hadisədir”.

Bunu Yenicag.Az-a danışarkən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türk politoloq Həsən Oqtay deyib.

O, bildirib ki, törədilən qətli yalnız FETÖ-ya qarşı yönəltmək yanlış fikir olar:

“Hadisənin başvermə səbəbini geniş şəkildə araşdırmaq lazımdır. Qətlin səbəbi sadə və ya fərdi bir hərəkətdir, yoxsa keçirilən bir əməliyyatdırmı? Qətli törədən şəxslə bağlı bir sıra suallar yaranır. Bu sui-qəsdi Türkiyə-Rusiya əlaqələrini pozmaq istəyənlərin həyata keçirdiyi ehtimalı daha məntiqli olardı. Bu qətli Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasını istəməyən qüvvələrin hazırladığı düşünülə bilər”.

Qeyd edək ki, ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qətlə yetirilib.

Gülnarə Eynullaqızı
Yenicag.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa