Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qeydiyyatsız yaşayanların nəzərinə – Cərimə oluna bilərsiniz – VİDEO

Rayonlardan bakıya gələn insanların əksəriyyəti xüsusən paytaxtın kənd və qəsəbələrində özünə ev-eşik tikir. Amma qeydiyyata düşmürlər, uzun illər qeydiyyatsız yaşayırlar. Bu isə həmin insanları müəyyən çətinliklərlə üz-üzə qoyur.

Yenicag.az xəbər verir ki, ARB mövzu ilə əlaqədar süjet hazırlayıb.

Ekspert Ramil Osmanlı vətəndaşların ərazi üzrə qeydiyyata düşməmələri həm də digər problemlərin yaranmasına gətirib çıxardığını bildirib:

“Vətəndaşın müəyyən sosial hüquqlardan məhrumolma, eyni zamanda inzibati hüquqlardan məhrum olma kimi məsələlər var. Bəzi hallarda bu vətəndaşın müəyyən proseslərdən iştirakına mənfi təsir göstərir. Seçki prosesində, digər proseslərdə”.

“İcarə müqaviləsində müvəqqəti qeydiyyata düşməklə bağlı bənd öz əksini tapa bilər ki, icarəyə verən öz mənzilini həmin müqavilə müddətində vətəndaşın o mənzilə müvəqqəti şəkildə qeydiyyata alınmasına etiraz etmir. Amma rəsmi müqavilələr olmadıgına görə, əksər hallarda, kirayə götürən də belə bir tələb irəli sürə bilmir. Həmin fərdi yaşayış evlərinin mülkiyyət sənədlərinin olması qanunu şəkildə qeydiyyata düşmək üçün problem yaradır”, – Ramil Osmanlı deyib.

Bu məsələlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunla tənzimlənir. Qanunda göstərilir ki, vətəndaş 6 ay müddətində yaşayış yerini dəyişirsə, qeydiyyata düşməlidir.

Vəkil Samir Qasımov: “Daimi yaşayış yerini dəyişirsə, tutaq ki, hansısa rayonda qeydiyyatdadır, gəlir Bakıya işləməyə və uzun müddət burda qalacaq. Həmin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Kirayə qalırsa, kirayə müqaviləsini təqdim etməklə və yaxud ev kimin adınadırsa, mülkiyyətçinin yazılı razılıgını təqdim etməklə yeni ünvana, yaşadıgı yerə qeydiyyata düşməlidir”.

“Qeydiyyatda deyil, tutaq ki, onun barəsində hər hansı cinayət işi varsa, əgər onun daimi qeydiyyatı yoxdursa, onda bu adam barəsində həbs qətiimkan tədbiri seçilə bilər, bu adamı lazım olanda, istintaq orqanı tapa bilsin”, – vəkil qeyd edib.

Qanuna görə yaşayış yerini uzunmüddətli dəyişib, amma həmin yerdə qeydiyyata düşməyənlər cərimə oluna bilərlər. İnzibati xətalar məcəlləsinin 563-cü maddəsində buna görə 30 manat cərimə nəzərdə tutulub.

www.yenicag.az

2401