Qəza böyük tıxaca səbəb oldu-Foto-3 ölü-Yenilənib
Bakıda baş verən qəza böyük tıxaca səbəb olub.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Heydər Əliyev prospekti – Əsas yolda Bağırov körpüsünün yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.
***
Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.
“Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.