Azərbaycanla Pakistan arasında hərbi əlaqələr müzakirə edildi

media-hightechnic-468x90

Pakistan Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu-26″nın dinləyici və professor-müəllim heyəti Azərbaycana səfər edib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pakistanlı nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti və dinləyicilərə “Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar” mövzusunda brifinq təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05