Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qəza törədən yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib – AÇIQLAMA

Mərdəkan istiqamətində avtobusa çırpılan yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib: “Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza səslənən ittihamlara qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik… Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbr, xəsarət alanlara şəfa diləyirik”.

Qeyd edək ki, qəza nəticəsində 5 nəfər ölüb, 21 yaralı var.

www.yenicag.az

118
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100