“Belə bir əmri Qroznıda hansısa yüksək rütbəlinin verməsi mümkün deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsinin pərdəarxası amillərindən danışan politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hadisəni beynəlxalq cinayət kimi də qiymətləndirmək olar:
“Ortada aydınlaşdırılmalı olan suallar var. Nə üçün təyyarənin Qroznı yaxınlığında yerləşən hava limanlarından birinə enişinə icazə verilmədi? Bu əmri kim verdi? Nəyə görə iz itirilməsi üçün pilotlar Xəzərə yönləndirildi? Çünki təyyarənin Xəzər üzərindən uçması üçün uzaq mənzilin verilməsi izi itirmək məqsədindən başqa bir şey deyil. Belə bir əmri Qroznıda hansısa yüksək rütbəlinin verməsi mümkün deyil. Nəticə etibarilə yaşananların bağışlanması doğru sayılmaz. Səbəblər hər detalına qədər araşdırılmalı, cəmiyyətdə yaranan hər bir suala cavab verilməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az