Qəzzada yeni dönəm: HƏMAS idarəçiliyi təhvil verdi, bəs İsraillə münasibətlər necə olacaq?

media-hightechnic-468x90

“HƏMAS Qəzzanın idarəetməsini hökumətə təhvil verdi, amma hələ də ayaqda qalmaq üçün mübarizə aparacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

media-img_7057

Politoloq HƏMAS təşkilatının Qəzzanın idarəetməsini dövlət administrasiyasına təhvil verməsi qərarını şərh edərkən bunun çoxdan planlaşdırıldığını qeyd edib:

“HƏMAS-ın Qəzza zolağının idarəetməsini dövlət administrasiyasına təhvil verməsi təşkilatın özünün təklif etdiyi variant idi və çoxdan düşünülmüşdü. Yeri gəlmişkən, ən real və beynəlxalq hüquqa söykənən variant da məhz bu idi idarəetmə Fələstin administrasiyasına verilsin.

Əslində, bu, hələ tam idarəetmə deyil. Hüquqi idarəçilik administrasiyada olsa da, burada formalaşan bir komitə var. HƏMAS həmin komitədə birbaşa iştirak etməsə də, dolayı yolla proseslərə təsir göstərəcək. Hazırda hakimiyyətin təhvil verilməsi istiqamətində addımlar atılır və Ramallaha tabe olacaq xüsusi komissiya yaradılır”.

Z. Əmrəliyev Qəzzanı idarə edəcək yeni qurumun bölgədəki güclərlə münasibətlərindən də danışıb:

“Əsas məsələ odur ki, gələcəkdə Qəzzanı idarə edəcək bu qrup hansı mövqeni tutacaq? Böyük ehtimalla, İsrailə qarşı məsafəli davranacaqlar. Lakin Mahmud Abbas hökuməti komitədə təşəbbüsü tam ələ alarsa, HƏMAS-la müəyyən çaxnaşmalar və təzadlı münasibətlər yarana bilər”.

Politoloq bu suala cavab verərkən təşkilatın hələ də aktiv olduğunu vurğulayıb:

“Bu məsələ hələ ki aktual deyil. Təşkilat bəyan edir ki, İsrail öz üzərinə götürdüyü öhdəliklərə tam əməl etmir. Buna görə də HƏMAS hələ də ayaqda qalmaq üçün müxtəlif variantlardan istifadə edir. Düşünürəm ki, HƏMAS-ın siyasi arenadan birdəfəlik silinməsi xeyli zaman aparacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa