Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

QHT-lərə Dövlət Dəstəyi Agentliyində YENİ TƏYİNAT

7 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verirki, Müşahidə Şurasının qərarı ilə Agentliyin daxili auditor vəzifəsinə Əlisa Qurbanov təyin olunub.

İclasda İşə Qəbul Komissiyasının müvafiq vəzifələr üzrə keçirilmiş müsahibələrdə iştirak edən şəxslərdən Agentliyə aidiyyatı üzrə işə götürülməsi haqqında rəy və tövsiyəsi dinlənilmiş, Agentliyin icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Emil Çaparlının Agentliyin işçilərinin vəzifəyə təyin edilmələrinə razılığın verilməsi haqqında təqdimatına baxılmışdır.

Ətraflı müzakirələrdən sonra Müşahidə Şurasının 16 sentyabr 2021-ci il tarixli müvafiq qərarı da nəzərə alınmaqla icraçı direktorun təqdimatına razılıq verilməsi haqqında qərar qəbul edilmişdir.

Agentliyə qrant verən dövlət orqanları tərəfindən təqdim olunan mövzuların və layihələrin razılaşdırılması Komissiyasının yaradılması, Agentliyin 2021-ci il və 2022-ci il qrant müsabiqələri mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin müəyyən edilməsinin meyarları müzakirə edilmiş və hər üç məsələ ilə əlaqadar müvafiq qərar qəbul edilmişdir.

www.yenicag.az

147
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100