QHT-lərin təşkilatçılığı ilə toplanan yardım Türkiyəyə yola salındı - FOTO / VİDEO
Türkiyədə xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün yardım kampaniyası həyata keçirilib.
Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Ekspress şirkətinin rəhbəri Fikrət Məmmədov, F.M.D.I AZERBAIJAN MMC şirkətinin təmsilçiləri Fadal Bazzi və Abdul Bazzi, “Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər vətəndaş cəmiyyətinin nümayəndələri yardım kampaniyasına qoşulublar.
Bununla da, ümumi dəyəri 54 min manat məbləğində olan uşaq bezləri, isti geyimlər, qida vasitələri, dərman və tibbi ləvazimatlar, eləcə də digər zəruri mal və məhsullar toplanıb və aidiyyəti şəxslərə təhvil verilərək Türkiyəyə yola salınıb.
QHT-lərin yardım aksiyası hazırda da davam edir.















