!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT rəhbərləri beynəlxalq təşkilat nümayəndələri ilə görüşdü - FOTO

!Reklam – Yazi

QHT Şurasında COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Toğrul Məmmədov, Yeniçağ media qrupunun və Qızılbaş Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi rəhbəri Aqil Ələsgər, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin Sədri və Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili, Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri İradə Rizazadə, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova, COJEP-in Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa Birliyi ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleş iştirak ediblər.

Görüş zamanı Azərbaycanla Türkiyənin strateji münasibətlərindən və hər iki ölkə diasporunun birgə fəaliyyətindən bəhs olunub. Eyni zamanda, Azərbaycan QHT-ləri ilə COJEP arasında qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

1188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv