Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qırğızıstan parlamentinə təkrar seçkilər noyabrın 28-də keçiriləcək

Reklam: Sinerji Pro

Qırğızıstan parlamentinə təkrar seçkilər noyabrın 28-də keçiriləcək, müvafiq sərəncamı ölkə başçısı Sədir Japarov imzalayıb.

 

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Prezidentin sərəncamı ilə, yeni çağırış Qırğızıstan Respublikasının Joqorquş Keneşinin (parlament – red.) deputatlarının seçki günü təyin olunub.

 

2021-ci ilin aprelin 11-də referendumla qəbul edilən Qırğızıstan konstitusiyasına görə, qanunverici məclis 90 deputatdan ibarətdir və 5 il müddətinə seçilir. Seçkilər haqqında qanuna edilən dəyişikliyə görə, millət vəkilləri qarışıq seçki sistemi ilə seçilir. Belə ki, 54 millət vəkili bir dairədə proporsional sistemlə (siyasi partiyaların namizədlərinin açıq siyahılarına görə), 36 deputat isə birmandatlı dairələrdə majoritar sistem üzrə seçilir.

 

2020-ci ilin oktyabr ayının əvvəlində Qırğızıstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrindən narazı qalanlar, ertəsi gün nəticələrin ləğv edilməsi tələbi ilə mitinqə qalxıblar. Dinc mitinq iğtişaşlar və polislə toqquşmalarla nəticələnib, nəticədə mindən çox adam yaralanıb və bir nəfər ölüb.

www.yenicag.az

199
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100