Qırğızıstan-Tacikistan sərhədində iğtişaş baş verib

media-hightechnic-468x90

lQırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş baş verib, nəticədə onlarla adam xəsarət alıb.

Hadisə mayın 7-də axşam saatlarında qeydə alınıb.

Kütləvi davada Qırğızıstanın Orto-Boz və Tacikistanın Xocalı kəndlərinin sakinləri iştirak edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar.

Qırğızıstan sərhəd xidmətinin yaydığı məlumata görə, iğtişaşlar nəticəsində Tacikistan vətəndaşları Qırğızıstan ərazisində yerləşən yanacaq-doldurma məntəqəsini, habelə mağaza və iki yük avtomobilini yandırıblar.

Qırğızıstan tərəfi 30 nəfərin, Tacikistan tərəfi isə 60-dan çox adamın xəsarət aldığını bildirib.

Versiyaların birinə görə, münaqişəyə səbəb taciklərin Qırğızıstan vətəndaşının olduğu maşına daş atmaları olub. Digər versiyaya əsasən, sərxoş qırğızlar tacik əsilli sakinin maşınını daşqalaq ediblər(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600