Qırğızıstan–Tacikistan sərhədinə tikanlı məftillər ÇƏKİLDİ

media-hightechnic-468x90

Qırğızıstanın Batken vilayət administrasiyası sərhəd bölgəsində mühəndis işlərinin davam etdiyini açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, rəsmiməlumata görə, Batken rayonunun Ak-Say kəndinə aid Kojo Kaarı keçidində və Leylek rayonunun Katta-Tuz ərazisində sərhəd çitinin qurulması işləri aparılır.

Layihə çərçivəsində indiyədək 74 kilometr uzunluğunda xəndək qazılıb, 68 kilometr dəmir boru döşənib və 62 kilometr kabel çəkilib. Bildirilib ki, kabelləmə və tel çəkilməsi prosesi yerli sakinlər tərəfindən müsbət qarşılanıb.

Sərhədin müəyyənləşdirilməsi və mühafizəsi istiqamətində görülən tədbirlər Qırğızıstan–Tacikistan razılaşması əsasında həyata keçirilir. Xatırladaq ki, martın 13-də Bişkekdə imzalanmış sazişlə iki ölkə 1006 kilometrlik sərhədin mübahisəli 486 kilometrlik hissəsi üzrə razılıq əldə etmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05