Qırğızıstandakı səfirimiz nazirlə görüşdü

media-hightechnic-468x90

14232954784962816763_750x500Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin təhsil və elm naziri Elvira Sariyeva görüşüb.

Səfir ölkələrimizin müvafiq nazirlikləri arasında saziş layihəsindən söhbət açıb, sənədin yaxın zamanda baxılaraq imzalanmasının vacibliyini qeyd edib.

E.Sariyeva ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirərək deyib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daim inkişaf edir. Nazir əməkdaşlığın inkişafında səfirliyin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Qırğızıstan orta məktəblər arasında da əməkdaşlıqda maraqlıdır və bu sahədə təcrübənin yaxından öyrənilməsi üçün nazirliklər arasında görüşlərin keçirilməsi faydalı olardı.

Qırğızıstanlı nazir 2014-də Azərbaycana səfəri zamanı ADA Universitetində olduğunu və qardaş Azərbaycanda belə yüksək səviyyəli tədris müəssisənin yaradılmasından qurur duyduğunu bildirib.

Səfir əlavə edib ki, qardaş ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı və təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə davam etdirilməsi dövlət başçılarının maraq dairəsindədir.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600