Qırğızıstanın Prezident Administrasiyasının əməkdaşları koronavirusa yoluxdu

Qırğızıstanın Prezident Aparatının 17 əməkdaşı yeni növ koronavirusa yoluxub.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin rəhbəri məlumat verib.

Məlumatda bildirilib ki, Prezident Aparatının rəhbəri Dosəli Əsənəliyev və aparatın 8 əməkdaşının koronavirus testinin nəticələri müsbət çıxıb. Bununla prezident aparatının virusa yoluxan əməkdaşlarının sayı 17-yə çatıb.

Loading...