!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırmızı diplomlu məzunların İŞSİZLİK PROBLEMİ: “Xarici dil bilikləri və peşəkarlıq səviyyəsi...”

!Reklam – Yazi

“Azərbaycanda universiteti fərqlənmə diplomu ilə bitirməyin elə bir önəmi yoxdur”.

Bu fikirləri fərqlənmə diplomunun ali məktəb məzunlarının iş tapmalarına təsirini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan bakalavr və magistratura pilləsində təhsil alanların xaricdə müvafiq istiqamətdə təhsilini davam etdirmələrinə, o cümlədən, iş müraciətlərində qırmızı diplomun müəyyən faydası olur:

“Ancaq Azərbaycanda universiteti fərqlənmə diplomu ilə bitirməyin elə bir önəmi yoxdur. İndi insanın iş tapması üçün xarici dil biliklərinin olması və öz sahəsinə aid peşəkarlıq səviyyəsi belə sənədləri üstələyir.

Bir şəxs hər hansı vakansiya üzrə tələb edilən keyfiyyətlərə malik deyilsə, qırmızı diplomu olsa belə, həmin işə götürülmür”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv