Qızdırmanın 5 bilmədiyiniz SƏBƏBİ

Əksər hallarda qızdırmanın qalxmasının səbəbi soyuqdəymə və ya virus infeksiyaları (qripp, paraqripp, rinovirus, adenovirus, koronavirus və s.). Bu zaman insanda qızıdrmadan əlavə soyuqdəymə və virus infeksiyalarına xas olan digər simptomlar da meydana çıxır – baş və əzələ ağrıları, burun axması, burun tutulması, asqırma, öskürək, boğaz ağrısı və s.

Lakin bəzən xəstədə sadaladığımız heç bir simptom yoxdur, qızdırma isə qalxır. Yenicag.az xəbər verir ki, rusiyalı terapevt, pulmonoloq İrina Beloqlazovanın sözlərinə görə, belə qızıdrma bəzi təhlükəli xəstəliklərə işarə edə bilər və bu halda insan vaxt itirmədən həkimə müraciət etməlidir.

Bu hansı xəstəliklər ola bilər?

1. Bakteriya mənşəli iltihabi xəstəliklər (böyrək, sümüklər, ağciyər, kişi və qadın cinsiyyət sistemi və s. iltihabları).

2. İnfeksion xəstəliklər (vərəm, QİÇS, bruselyoz, Laym xəstəliyi, infeksion mononukleoz)

3. Autoimmun xəstəliklər (revmatoid artrit, sistemli qırmızı qurd eşənəyi və s.)

4. Zob xəstəlikləri (tireotoksikoz)

5. Onkoloji xəstəliklər (böyrək, qaraciyər, ağciyər şişləri, leykoz).

COP29