Apteklərdə mütəmadi YOXLAMALAR: Ən çox pozuntu nədə qeydə alınır? - VİDEO
“Bakıda və regionlarda apteklərdə nöqsanlar aşkarlanıb”.
Bunu Yenicag.az-a açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) əczaçı müfəttişi Mahmud Yusifov bildirib.
Onun sözlərinə görə, AEM tərəfindən Bakı şəhərində 24, regionlarda isə 4 aptek olmaqla, ümumilikdə 28 aptekdə təftiş aparılıb.
“Yoxlamaların 22-si planlı şəkildə təşkil olunub. Təftiş zamanı 5 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib və ümumilikdə 6 inzibati protokol tərtib olunub. Paytaxt ərazisində 4, bölgələrdə keçirilən yoxlamalar zamanı isə bir aptekdə 2 nöqsan aşkarlanıb”.
Müfəttiş qeyd edib ki, aşkarlanan faktlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə qeydə alınıb:
“452.1-ci maddə reseptlə verilməli olan dərman vasitələrinin reseptsiz satılması, 452.3-cü maddə isə apteklərdə divar və döşəmələrin hamar olmaması, toz saxlaya bilməsi və nəm təmizləməyə davamlı olmayan örtüklərin istifadəsi kimi sanitar tələblərin pozulması ilə bağlıdır”.
Ətraflı videomaterialda:
Samir Məcid












