Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Qızıl bazarında gözlənilən CANLANMA: “Qiymətlər artmaqdadır və bu temp davam edəcək” – Elşad Məmmədov

“Məhərrəm ayı tamamlandıqdan sonra qızıl bazarında müəyyən aktivlik yaranacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin qızıl bazarında gözlənilən mümkün dəyişiklikləri şərh Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professorun sözlərinə görə, hazırda dünya bazarında qızılın qiymətində müşahidə olunan dəyişikliklərin Azərbaycan bazarına təsiri çox cüzidir:

“Regional bazarlarda qızılın qiymətinin formalaşması təklif və tələb arasındakı dinamikadan asılıdır.

Ölkədə alıcılıq qabiliyyətinə malik olan kütlə kifayət qədər deyilsə, dünya bazarında qızılın qiymətinin artması Azərbaycan bazarına demək olar, təsir etmir.

Hazırda dünya bazarında qızıl bahalaşmaqdadır və temp davam edəcək. Azərbaycanda isə potensial alıcı kütləsi geniş olmadığı üçün ciddi qiymət artımı baş vermir”.

İqtisadçı məhərrəm ayından sonra qızıl bazarında vəziyyətin hansı istiqamətdə dəyişə biləcəyinə də toxunub:

Qızılın qiymətində müəyyən dəyişiklik adətən, yay ayları və ilin sonunda müşahidə olunur. Məhərəmlikdən sonra qızıl bazarında bir qədər aktivləşmə olacağı gözlənilsə də, yaxın aylarda ciddi qiymət dəyişikliyi baş verməyəcək”.

Fidan Məmmədli

www.yenicag.az

4173
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM