“Qızıl buts”un yeni sahibi – Lionel Messi

“Qızıl buts” mükafatının yeni sahibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, sözügedən mükafata “Barselona”nın ulduz futbolçusu Lionel Messi sahib çıxıb.

Argentinalı 2016/2017 mövsümündə La Liqada 37 qol vurmaqla Avropa ölkələrinin çempionatlarının ən sərrast futbolçusu olub. İkinci pillədə Portuqaliyanın “Sportinq” klubunun forvardı Bas Dost (34 qol), üçüncüdə isə Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq (31 qol) qərarlaşıb.

Qeyd edək ki, bu, Messinin 4-cü belə uğurudur.

Maraq üçün onu da bildirək ki, “Real”ın forvardı Kriştiano Ronaldo da sözügedən mükafata 4 dəfə yiyələnib.

Yenicag.az