Qızını xilas etmək üçün Suriyaya getdi
Hollandiyalı qadın qızını İŞİD-dən xilas edib.
Hollandiyada Monik adlı qadının qızı Ayşə cari ilin fevral ayında vətənini tərk edərək İŞİD terror təşkilatının üzvü türk mənşəli Hollandiya vətəndaşı Ömər Yılmazla ailə həyatı quraraq Suriyaya yollanmışdı. Məlumata görə, Monik qızının dalınca Suriyaya qədər gedib, baxmayaraq ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları onun pasportunu alıblar, lakin o, yalnız şəxsiyyət vəsiqəsiylə Türkiyə və oradan Suriya sərhəddini keçərək İŞİD-in mərkəzi hesab olunan Rakka şəhərinə gedib. Qızını tapan ana onu özü ilə aparıb.
Qadının bildirdiyinə görə, Ayşə Ömərlə sosial şəbəkə vasitəsiylə əlaqə saxlayaraq, qısa müddət ərzində “radikal müsəlman” olub.
Qeyd edək ki, gənc qız ölkəsinə qayıdan kimi, polis tərəfindən saxlanılıb və hazırda bu olay barədə yerli hakimiyyət heç bir məlumat vermir.