!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızmar yayda cəhənnəm istisinə məruz qoyulan MÜŞTƏRİ - "Servis mərkəzi sizi saymırsa..." - "Baku Electronics"dən ŞİKAYƏT

!Reklam – Yazi

“”Baku Electronics” yalnız müştərini yola verməklə məşğuldur”.

Yenicag.az xəbər verir ki, bunu “Baku Electronics” mağazalar şəbəkəsinin fəaliyyətindən şikayətçi olan Elvin Hacıyev adlı sosial şəbəkə istifadəçisi deyib.

Elvin Hacıyevin sözlərinə görə, o, iyunun 28-də “Baku Electronics”dən çatdırılma və quraşdırılma daxil olmaqla, kondisioner alıb. Məhsulu çatdıranda bildiriblər ki, quraşdırılma üçün 991 Servis mərkəzinə müraciət etsin. O, servis mərkəzinə müraciət etsə də, laqeyd münasibətlə qarşılaşıb:

“İyunun 29-u səhər saatlarında Servis mərkəzinə müraciət etmişəm. Oradan bildiriblər ki, üç və ya dörd gün ərzində gəlib quraşdırılacaq. Dünən servisə zəng vuranda bildirdilər ki, sabah və ya altıncı gün gəlib quraşdıracağıq. Bu gün zəng vururam ki, sabaha qalıbsa, vaxtı dəqiqləşdirək evdə olum. Bildirirlər ki, sifarişlərimiz çoxdur və buna görə də gələn həftəyə qalır. Gələn həftə 1 və ya 2-ci gün ancaq gələ biləcəklər.

“Baku Electronics”, əgər yayın bu istisində quraşdırılmanı 3-4 gün ərzində edə bilmirsinizsə, öncədən deyin ki, bizim servislər çatdırmır. Bu halda məhsulu quraşdırılma ilə almayaq. Başqa yerdən usta tapaq, bir günün içində gəlib quraşdırsınlar. Servis deyir ki, “Baku Electronics”in bizə aidiyyatı yoxdur, biz özümüz müəyyən edirik, onlar sizə hər söz deyə bilər. Hətta bildirdim ki, Servisin operatoru da mənə 3-4 gün ərzində quraşdıracağınızı bildiriblər. Deyir işimiz çoxdur. “Baku Electronics” servis mərkəzi sizi saymırsa, müştərilərinizə quraşdırılma xidmətini təklif edib, özünüzü nə gözdən salın, nə də ki, müştərilərinizi itirin. Xidmətinizdən çox çox narazıyam”.

Gülşən Şərif

www.yenicag.az

1516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv