Qlobal gücə çevrilən Türkiyə: "Bu, Rusiya və İranın bölgədəki təsirini tam bitirəcək"

media-hightechnic-468x90

“Türkiyə bu mövqeyini siyasi uzaqgörənlik və strateji səbir ilə formalaşdırıb”.

Bunu Suriya hökumətinin rəsmi olaraq Türkiyədən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün istədiyi dəstək barədə fikirlərini Yenicag.az-la bölüşən politoloq Tural İsmayılov deyib.media-turalismayilov1

Politoloq bildirib ki, Suriya hökumətinin Türkiyədən rəsmi şəkildə hərbi dəstək istəməsi regionda Ankaranın strateji çəkisinin durmadan artdığını göstərir:

“Bu addım həm də Türkiyənin artıq yalnız bölgə ölkəsi deyil, həm də qlobal güc mərkəzi kimi qəbul edildiyinin sübutudur. Ankara uzun illərdir, sərhəd təhlükəsizliyi, humanitar yardım və regional sabitlik mövzusunda aktiv siyasət yürüdür. Suriya kimi bir dövlətin – üstəlik uzun müddət Ankara ilə gərgin münasibətdə olan bir ölkənin belə bir müraciəti Türkiyənin bölgədəki ağırlığının açıq göstəricisidir. Türkiyə, ehtimal ki, bu çağırışı diqqətlə dəyərləndirəcək və öz geosiyasi maraqlarına uyğun şəkildə cavab verəcək.

Ankara üçün əsas prioritet Suriyada sabitlikdir, çünki bu həm sərhəd təhlükəsizliyi, həm də miqrasiya axınlarının idarəsi baxımından həyati əhəmiyyət daşıyır. Ərdoğan hakimiyyəti bölgədə yalnız güc deyil, həm də diplomatik oyunçudur və bu ikili rol ona manevr üstünlüyü verir. Türkiyə hərbi-texniki yardım göstərə, eyni zamanda, Suriyanın yenidən qurulması üçün də regional bir platforma yarada bilər. Bu, Ankaranı həm bölgədəki etimadlı tərəfdaş, həm də vasitəçi roluna daşıyacaq.

Türkiyənin müdafiə sənayesi, xüsusilə dron texnologiyası və sərhəd təhlükəsizliyi sistemləri artıq dünya səviyyəsində tanınır və bu çağırış həmin potensialın bir növ təsdiqidir. Əgər Türkiyə Suriyanın müdafiə qabiliyyətini gücləndirməyə yardım edərsə, bu, Rusiya və İranın bölgədəki təsirini tam bitirəcək. Ankara üçün əsas hədəf balanslı, lakin Türkiyə mərkəzli bir təhlükəsizlik düzəni qurmaqdır. Həm NATO üzvü, həm də müsəlman dünyasının lider aktorlarından biri olan Türkiyə bu mövqeyini siyasi uzaqgörənlik və strateji səbir ilə formalaşdırıb.

Suriya məsələsində atılacaq addım Türkiyənin “problem həll edən güc” imicini möhkəmləndirəcək. Bu, eyni zamanda, region xalqları arasında Türkiyəyə olan rəğbəti artıracaq. Yekunda belə bir yardım Türkiyənin Orta Şərqdə liderlik rolunun təntənəli bir təsdiqi olar”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600