Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qlobal valyuta” yaradılsın - Nazarbayevdən təklif 

Astana iqtisadi forumunda “qlobal valyuta” tətbiqi məsələsinin yenidən nəzərdən keçirilməsi təklif edilib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib. Prezidentin sözlərinə görə, “qlobal valyuta” dünyanı valyuta müharibəsindən xilas edə bilər:

“Beynəlxalq hesab ödəniş vahidi məsələsini ciddi şəkildə nəzərdən keçirməyin vaxtı gəlib çatıb. Bu, dünyanı valyuta müharibələrindən, spekulyasiyalardan, ticarət müsasibətlərindəki əyriliklərdən xilas etməyə, bazarlarda dəyişiklikləri azaltmağa imkan verəcək”.

Nazarbayev qeyd edib ki, valyuta isteklakçılardan asılı olmalı, sadə emissiya mexanizminə malik olmalıdır.

Qazaxıstan prezidenti hesab edir ki, qlobal valyutanın tətbiqi mərkəzi bankların ümumi rezervinin yaradılması yolu ilə mümkün ola bilər.

Yenicag.az

www.yenicag.az

743
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100