!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qondarma rejimlər Rusiyaya birləşmək üçün müraciət etdilər

!Reklam – Yazi

Ukraynadakı separatçı rejimlər Rusiyaya qoşulmaq üçün rəsmən müraciət ediblər.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, qondarma “Donetsk Xalq Respublikası”nın “prezidenti” Denis Puşilin və “Luqansk Xalq Respublikası”nın “prezidenti” Leonid Paseçnik Vladimir Putinə Rusiya ərazisinə qoşulmaq üçün müraciət ediblər.

Bundan əlavə, Rusiya ordusu tərəfindən ələ keçirilən Xerson bölgəsinin rəhbəri Vladimir Saldonun da Rusiyaya birləşmək haqqında müraciət etdiyi bildirilir. Xersonla yanaşı, Zaporojye vilayətinin qondarma administrasiyası da yaxın günlərdə Rusiyaya qoşulmaq üçün müraciət edəcəyini açıqlayıb.

Xatırladaq ki, Rusiya tərəfindən işğal edilmiş ərazilərdə keçirilən “referendum”larda Rusiyaya birləşməklə bağlı səslər çoxluq təşkil edir.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv