!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu ÇALXALANIR – Gürcüstandakı etirazların PƏRDƏARXASI

!Reklam – Yazi

Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların 2028-ci ilə qədər təxirə salınacağı barədə Baş nazir İrakli Kobaxidzenin açıqlamasından sonra noyabrın 28-dən etibarən müxalifət etiraz aksiyalarına başlayıb. Bu aksiyalar “Xarici agentlər haqqında” qanun qəbul edildikdən sonra ilin əvvəlindən bəri fasilələrlə davam edir. Artıq dördüncü gündür ki, etirazlar zamanı nümayişçilər tərəfindən çaxnaşmalar, daşlar və şüşələr atılıb. Həmçinin, “Molotov kokteylləri” də aşkar edilib, amma sonradan bu məlumat təkzib edilib. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı xüsusi texnikadan, o cümlədən su püskürtmə maşınları və gözyaşardıcı qaz istifadə ediblər

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Tbilisidə Rustaveli proespektindəki iğtişaşlar keçən gecə də davam edib. Xüsusi təyinatlılar nümayişçilərin barrikadalarına hücum etməyə çalışdıqda, bir qrup keşiş onların yolunu kəsib. Bu arada, Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidəki etiraz aksiyalarında 113 DİN əməkdaşının xəsarət aldığını bildirib.

Rusiyanın onlayn “The Bell” platforması, Gürcüstanın iki böyük bankı (“Bank of Georgia” və “TBC Bank”), telekommunikasiya operatorları (“Magticom” və “Silknet”) və proqram təminatçısı “ORBI Group” hökumətin Avropa İttifaqına inteqrasiyanın dayandırılması qərarına qarşı çıxdığını və etirazçılara dəstək verdiyini bildirib.

Bu cür bəyanatları həmçinin Gürcüstan Müdafiə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ədliyyə və Təhsil Nazirlikləri ilə yanaşı, Tbilisi Bələdiyyəsi və bir çox digər təşkilatlar da yayıb. Bu, 2021-ci ilin fevralında Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi tərəfindən verilən bəyanatlar ilə oxşardır. Lakin bu, Nikol Paşinyanın hakimiyyətini zəiflətmədi. Maraqlıdır, Gürcüstanda hadisələr necə inkişaf edəcək?

Əgər 2021-ci ilin 6 yanvarında Kapitoliya hadisələrinin ardından baş verənləri nəzərə alsaq, ABŞ-nin hazırkı administrasiyası müxalifətin hərəkətlərini qınamalıdır. Əlbəttə ki, hakimiyyətin reaksiyasını da dəstəkləməlidir. Lakin gerçəkdə biz tam əksini müşahidə edirik və bütün Qərb Gürcüstanın hazırkı hökumətinin davranışını qınayır.

COP29

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv