Qonşu ölkədə 5 bal gücündə zəlzələ
İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniacg.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Zəlzələnin episentri bu gün yerli vaxtla saat 11:06-da Qızıl Qala rayonunun ətrafında olub. Yeraltı təkanların dərinliyi 15 km-dir.
Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.