Qonşu ölkədə koronavirusun “omikron” ştammı aşkarlandı

media-hightechnic-468x90

İranda koronavirusun “omikron” ştammı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Haşemi deyib.

M.Haşeminin sözlərinə görə, bununla əlaqədar bu gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyində nazir Bəhram Eynullahinin iştirakı ilə təcili iclas keçirilib və İranda “omikron”ştamının mövcud olduğu təsdiqlənib.

Haşemi əlavə edib ki, iclasda yeni səhiyyə qaydalarının tənzimlənməsi haqda müzakirələr aparılıb.

Qeyd edək ki, “omikron” ştammına bir Tehran sakininin İranın qonşu ölkələrdən birinə səfər etməsi ilə yoluxduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600