Qonşu ölkədə zəlzələ oldu

İranda 4,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 172 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.