Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qrip uşaqlarda hansı problemlərə səbəb olur?

Qripin bir çox fəsadlar törətdiyi məlumdur. Qrip viruslarının hətta ürəkdə də problemlemlərə yol açdığı bildirilir.

Yenicag.az e-tibb.az-a istinadən xəbər verir ki, Türkiyədən olıan uşaq kardiologiyası uzmanı, professor Ender Ödemiş bildirib ki, qrip zamanı uşaqlarda ürək əzələsinin iltihabı, miokardit deyilən bir problem yarana bilir. Amma hər qrip xəstəliyinin ürəkdə fəsad yaratmadığını vurğulayan mütəxəssis qeyd edib ki, uşaqda qızdırma olmadığı halda taxikardiya deyilən nəbz artımı qeydə alınırsa, o zaman buna şübhə yaranır.

Belə hallarda isə uşaqlarda ürək müayinəsi aparılmalıdır. Həkimin sözlərinə görə, qripə səbəb olan influenza virusu ilə yanaşı tənəffüs yolları infeksiyası törədən digər viruslar da ürək əzələsinin iltihabını yarada bilir.

Həkim qeyd edib ki, miokarditlərin müayinəsinin aparılması çox da asan sayılmır. Onun əlamətləri eynilə qrip və yuxarı tənəffüs yolları infeksiyalarında olduğu kimidir. Amma əsas əlamət ürəyin çox vurması, normadan artıq döyünməsidir.

Miokardit olan uşaqlarda temperatur çox yüksəlmir, amma ürək sürətli döyünür.

Kardioloq belə olan halda mütləq kardilooqla müraciət etməyi məsləhət görüb. Onun sözlərinə görə, miokardit bir çox hallardca hətta öz-özünə sağalır, amma nadir hallarda xroniki ürək probleminə, hətta ürək çatışmazlığına da yol açır.

Həkim deyib ki, miokardit diaqnozu elektrokardioqrafiya, exokardioqrafiya və qan testi ilə qoyula bilər.

Müalicədən sonra uşaqların 70 faizində heç bir problem olmadan sağalma baş verdiyini deyən professor, çox az qismində ölüm faktı qeydə alındığını açıqlayıb.

www.yenicag.az

392
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100