Qubada xəstəni kilometrlərlə xərəkdə daşıdılar - FOTO

media-hightechnic-468x90

Qubada xəstəni təcili yardım maşınına çatdırmaq üçün kilometrlərlə xərəkdə daşıyırlar. 

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, Quba rayonunun Kardaş kəndində illərdir mövcud olan körpü problemi hələ də öz həllini tapmayıb.

Sakinlər çayın üzərindən keçmək üçün özləri tərəfindən hazırlanmış taxta körpüdən istifadə etməyə məcbur qalırlar. Bu isə həm təhlükəli vəziyyət yaradır, həm də gündəlik həyatlarını çətinləşdirir.

Sakinlər bildirir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir tədbir görülməyib.

Çayın üzərində sabit körpünün olmaması səbəbindən kəndə yalnız iri yük avtomobilləri ilə çaydan keçərək daxil olmaq mümkündür.
Son günlərdə çayda suyun səviyyəsinin artması ilə vəziyyət daha da ağırlaşıb. Artıq avtomobillərin kəndə girişi tamamilə mümkün deyil.

Çağırışa gələn təcili yardım maşını da kəndə daxil ola bilməyib.
Xəstə yaxınlarının köməyi ilə xərək ilə çayın o biri tərəfinə aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600