Qulağını kəsdi-Foto

media-hightechnic-468x90

17233Bədən üzvlərinə zərər vurmaqla ad çıxarımış rus rəssam Pyotr Pavlenski Qızıl meydanda qulağının sırğalığını kəsib.

Məlumata görə, onun bu yeni perfomansı Qızıl meydandakı məşhur psixatriya xəstəxanasının damında gerçəkləşdirilib. Qan içində olan Pavlenskini polislər damdan düşürüb və tibbi yardım göstəriblər. İctimai fəal Taisiya Kruqovıx öz “Twitter” səhifəsində bildirib ki, Pavlenskinin bu aksiyası Rusiyada işkənсə psixiatriyasına qarşı yönəlib.

Perfomansdan sonra rəssamı psixi pozğunluq diaqnozu ilə Botkinsk xəstəxanasının psixatriya bölməsinə yerləşdiriblər.

1984-сü ildə Leninqradda anadan olmuş, bu şəhərdə Rəssamlıq Akademiyasını bitirmiş Pyotr Pavlenski 2012-ci ildə ağzını sapla tikərək “Pussy Riot” pank-qrupunune həbsinə etiraz edib. O, bu vəziyyətdə saat yarım Sankt-Peterburqdakı Kazan kilsəsinin qarşısında durub. 2013-cü il mayın 3-də isə Rusiya hakimiyyətinin repressiyalarına qarşı etiraz əlaməti olaraq Sankt-Peterburqdakı Müəssislər Məjlisinin binasının girişində özünü çılpaq halda tikanlı məftillərə bürüyüb. Həmin il noyabrın 10-da o, Moskvada Qızıl meydanda özünü çılpaq halda xayasından yerdəki plitəyə mismarlamışdı. O, aksiyanı Polis gününə həsr etdiyini bildirmişdi.

Pyotr Pavlenski özünü psixi cəhətdən sağlam sayır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600