Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qumbara partlayışı zamanı xəsarət alan polis zabiti şəhid oldu - FOTO

Bir neçə gün əvvəl Bakıda özünü qumbarayla partladan şəxslə bağlı məlumat verilmişdi. Hadisə zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Elçin Səfərzadə idi.

Yenicag.az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə Elçin Səfərzadə dünən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Elçin Səfərzadə əvvəllər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub.

Xatırladaq ki, iyulun 27-də 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov  həyatını itirib. Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

www.yenicag.az

431
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100