Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Quzey Kiprə səfərlə bağlı yeni QAYDALAR

Reklam: Sinerji Pro

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) Səhiyyə Nazirliyi pandemiya dövründə ölkəyə səfər edənlər üçün yeni qaydaları açıqlayıb.

Bununla bağlı Yenicag.az QKTC-nin Bakı təmsilçiliyinə istinadən xəbər verir. Məlumatda deyilir ki, Səhiyyə Nazirliyi Yoluxucu Xəstəliklər Ali Komitəsi tərəfindən qəbul edilən yeni qərarlara görə, ölkəyə hava-dəniz yolları və adadan kənardan gəlib sərhəd məntəqələrindən keçən vətəndaşlar giriş kritireyalarını nəzərə almalıdırlar.

Belə ki, QKTC—yə səfərdən əvvəl vətəndaşlar 72 saat keçərli olacaq neqativ PCR test nəticələri ilə ölkəyə daxil ola bilərlər. Səfər edənlər adapass.gov.ct.tr internet adresində olan formanı dolduraraq, alacaqları QR kodu ilə adaya daxil ola biləcəklər.

Bu qaydaya əməl edə bilməyənlər isə 27 sentyabr 2021 -ci ilə qədər ölkəyə lazımi sənədlərlə daxil ola biləcəklər. QR kodu əldə edərək ölkəyə daxil olan insanlar sürətli tranzit imkanından istifadə etmək imkanı qazanacaqlar. Bildirilir ki, bu qərar 18 yaş və yuxarı olanlar üçün məcburi olacaq.

www.yenicag.az

202
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100