Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılıb.
Oqtay adlı kişi üçün proqrama qonaq olan 64 yaşlı aktrisa müraciət etdiyi bəy barədə fikirlərini bölüşüb: “Gördüm ki, yaxşı və kübar adamdır. Bəyəndiyim üçün proqrama qatılmağa qərar verdim. Oqtay bəyin anası ilə yaşadığını bilirəm. Razılaşsaq, İstanbulda onlarla yaşaya bilərəm”.
S. Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid ediblər.
Sənətçinin qızı Səidə Dadaşova axşam.az saytına açıqlamasında anasının işlərinə qarışmadığını bildirib: “Anamın evlilik proqramına qatılmasından xəbərim yoxdur. Həm də ki, o, mənim anamdır, mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram”.
Yenicag.az xəbər verir ki, musavat.com S. Dadaşovanın evlilik proqramına qatılması barədə keçmiş həyat yoldaşı Rafael Dadaşovun fikirlərini öyrənməyə çalışıb. Xalq artisti açıqlamasında bildirib ki, məsələ ilə bağlı danışmaq istəmir: “O boyda tanınmış Brilliant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib”.
Qeyd edək ki, S. Dadaşova “Bizim küçənin oğlanları” ( 1973), “Ömrün səhifələri” (1974), “Çarvadarların izi ilə (f 1974), “Yaşıl eynəkli adam” (1987), “Yeddi oğuldan biri” ( 2007) filmlərində rol alıb. Sədaqət-Rafael cütlüyünün Səidə, Leyla və Ayxan adlı üç övladı var.
https://youtu.be/1xEeZ_o-2oU