Əməkhaqqının ayda iki dəfə verilməsi: "Əsas məsələ onun məbləğidir"

media-hightechnic-468x90

Son günlər əməkhaqqının ayda iki dəfə verilməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Bəzi ekspertlər bu mexanizmin işçilərin maliyyə yükünü azaltmağa kömək edəcəyini desə də, mövzuya fərqli yanaşmalar da mövcuddur. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Yenicag.az-a açıqlama verib.media-elsad_musayev-1

Deputat bildirib ki, əməkhaqqının ay ərzində iki hissəyə bölünərək ödənilməsi normal praktikadır və bunun mahiyyət etibarilə ciddi bir dəyişiklik yaratmadığını düşünür:

“Maaşın bir hissəsi ayın əvvəlində, digər hissəsi isə ayın sonunda ödənilə bilər. Nəticə etibarilə, işçi yenə eyni məbləği alır, burada əsaslı bir dəyişiklik baş vermir. Məncə, əsas məsələ maaşın ayda neçə dəfə verilməsi deyil, onun məbləğidir. Pul çox olarsa, hansı tarixdə verilməsinin işçi üçün ciddi fərqi qalmır”.

Samir Məcid

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa