!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rahat”da narahatlıq: Supermarketdə baş verən cinayət gizlədilir - VİDEO

!Reklam – Yazi

İki gün öncə saat 21:20 radələrində “Nefçilər” metrostansiyasının yaxınlığında yerləşən “Rahat” matketdə oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, musavat.com-un müxbiri təsadüfən hadisənin şahidi olub. Belə ki, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb.

Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb. Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib. O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil. Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə “qaçsan, səni vuraram” deyə təhdid edirdi.

Hadisənin baş vermə səbəbi video çəkilişlə cəmiyyətə təqdim olunsa da, “Rahat” market şəbəkəsinin rəhbərliyi cinayəti ört-basdır etməyə çalışır. Ölkə mediasında vətəndaşın döyülmədiyi ilə bağlı bəyanatlar verən market rəhbərliyinin qanunsuz əməllərini araşdırmağa borclu olan hüquq-mühafizə orqanları hələ ki, susmağa üstünlük verməkdədirlər. Hüquqşunasların fikrinə görə, vətəndaş oğurluq etsə belə, “Rahat” marketin mühafizəçiləri tərəfindən döyülməsi qanunsuzluq hesab olunur və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Qanunların tələblərinə məhəl qoymayan marketin mühafizəçiləri və şəbəkə rəhbərliyinin qohumları baş verən cinayət hadisəsində məsuliyyətdən yayınmaq istəyirlər.

Araşdırmalarımız davam edir.

Hadisənin video görüntülərini təqdim edirik:

COP29

www.yenicag.az

5587
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv