"Rai" FƏLAKƏTİ - Bir əyalətdə ölənlərin sayı 49-a çatdı

media-hightechnic-468x90

Filippinin Bohol əyalətində “Rai” qasırğası nəticəsində ən azı 49 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, Bohol qubernatoru Artur Yap 10 nəfərin itkin düşdüyünü, daha 13 nəfərin yaralandığını bildirib.

Qeyd olunur ki, məlumatlar yeniləndikcə ölənlərin sayı arta bilər.

Ölənlərin ümumi sayı hələlik açıqlanmır. Daha əvvəl ölkənin Fəlakətlər Riskinin Azaldılması və İdarəolunması Şurası qasırğa nəticəsində Filippinin mərkəzi və cənubunda 31 nəfərin öldüyünü, bir nəfərin itkin düşdüyünü açıqlamışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600