“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkələrdə Şıxov çimərliyi yaxınlığında yerləşən “Ramada” hotelinin çirkab suları axıtdığı ilə bağlı görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, şikayətçi, əsasən, gecə vaxtı hotelin çirkab suları dənizə axıtdığını, nəticədə isə çimərlik ərazisində anti-sanitar vəziyyətin yarandığını iddia edir.

Şikayətçinin sözlərini və həmin görüntüləri oxuculara təqdim edirik:

“Şikayətim Şıxovda yerləşən “Ramada” hotelindəndir. Plyaja giriş üçün adambaşına 30 manat tələb edirlər. Üfunət iyi gələn çirkab suları isə birbaşa dənizə axıdılır. Utanmadan hələ balaca arx da çəkiblər! Bildiyimə görə, bu suları, əsasən, gecələr buraxırlar. Amma biz orada olanda da axırdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hara baxır?! Millət qırılır bu qırılmışların əlindən!”

Adıçəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.

media-whatsapp-gorsel-2025-08-28-saat-15-54-44_d8951a23

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa