Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində 4 ay müddətinə ev dustalığı tədbiri seçilib. Sabiq PA rəhbəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.

Bəs görəsən, dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan şəxs Təhlükəsizlik Şurasının üzvü olaraq qala bilərmi?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, Ramiz Mehdiyev ağır cinayətlərdə ittiham edilir:

“Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilməlidir. Qeyd etmək lazımdır ki, bu qərarı dövlət başçısı verir.

Əlbəttə ki, ittiham olunmaq hələ həmin cinayətləri törətmək demək deyil. Təqsirsizlik prezumpsiyası var. Hələ hökm oxunmayıb.

Buna baxmayaraq, dövlət başçısı yəqin ki, Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən çıxaracaq. Dövlətin təhlükəsizliyinə təhlükə törədən şəxs həmin vəzifədə qala bilməz”, – deyə Ə.Həsənov əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa