Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rasim Balayev: “Şəhid anaları, qarşınızda baş əyirəm”

“Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Biz o şəhidlərin hesabına torpaqlarımızı azad etdik. Həyatdan erkən köçən o mərd oğulların qarşısında baş əyirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edən xalq artisti, tanınmış aktyor Rasim Balayev deyib.

Aktyor şəhid anaları qarşısında baş əydiyini bildirib:

“Şəhidlik bir zirvədir. Allahın ona bəxş etidiyi ömür payını asanlıqla qurban vermək, gəncliyini, gələcəyini, arzularını yarımçıq qoyub, şəhidlik zirvəsinə yüksəlmək hər oğulun işi deyil. Halal olsun o oğullara ki, Vətənin çağırışına sevə-sevə yollandılar və torpaqların azad olunması üçün göz qırpmadan canlarından keçdilər. Biz bu gün onların hesabına qələbə qazandıq. Yaralı əsgərin sözünü eşitdim, dedi ki, məni tez sağaldın, yenə gedim torpağım uğrunda vuruşum. İnanın gözlərim doldu, dəhşətə gəldim ki, ilahi, bu insanın nə böyük ürəyi var, Vətənini nə qədər böyük məhəbbətlə sevir. Nə qədər əsgərlərimiz yaralıdır, yarımcandır.
Halal olsun o övladları dünyaya gətirən valideynlərə. O valideynlər ki, bu gün şəhid atası, şəhid anasıdır. Mən o anaların, o ataların, o şəhidlərin qarşısında baş əyirəm. Şəhidlərimiz heç vaxt unudulmayacaq, biz onların xatirəsini hər zaman uca tutacağıq, tutmalıyıq da. Gələcək nəsillər onları unutmamalı, hər daim yad etməlidir”.

Cəvahir

www.yenicag.az

378