Rayon yolunda dəhşətli qəza: 6 nəfər yaralandı

458265Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “KİA” markalı minik maşını toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır bədən xəsarətləri alıb. Hazırda Kürdəmir rayon təcili yardım briqadaları yaralıları xəstəxanaya aparırlar. Hələlik yaralıların şəxsiyyəti dəqiqləşdirilir.(report)